abş və kuba arasında təhlükəsizlik məsələləri üzrə yüksəksəviyyəli hərbi təmaslar davam edir.


“arhd.media” xəbər verir ki, abş cənub komandanlığının rəhbəri general frensis donovan kubanın quantanamo bölgəsində yüksəkrütbəli kuba hərbi rəsmiləri ilə görüş keçirib.


görüş abş ilə kuba arasında münasibətlərdə gərginliyin davam etdiyi bir dövrdə baş tutub.


abş hərbi dairələrinin yaydığı məlumata görə, general donovanın rəhbərlik etdiyi nümayəndə heyəti kuba silahlı qüvvələrinin nümayəndələri, o cümlədən, general roberto leqra sotolonqo ilə əməliyyat təhlükəsizliyi və sərhəd məsələlərini müzakirə edib. donovan həmçinin quantanamodakı abş hərbi-dəniz bazasında təhlükəsizlik yoxlamaları aparıb.


kubanın xarici işlər naziri bruno rodriges isə abş mediasında və siyasi dairələrində səsləndirilən iddialara cavab olaraq bildirib ki, kuba heç vaxt abş üçün milli təhlükəsizliyə təhdid olmayıb və olmayacaq.


bundan əvvəl, mayın 15-də abş mərkəzi kəşfiyyat idarəsinin (cia) direktoru con retkliffin rəhbərlik etdiyi nümayəndə heyətinin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün havanaya səfər etdiyi açıqlanmışdı.


tərəflər görüşlərin məzmunu barədə ətraflı məlumat verməsələr də, hərbi və təhlükəsizlik kanalları üzrə dialoqun davam etdiyi vurğulanır.

Baxış sayı: 4 084

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə