rusiya təhlükəsizlik şurası sədrinin müavini dmitri medvedev avropa ittifaqına (ai) yönəlik sərt açıqlama verib.


“arhd.media” xəbər verir ki, medvedev sosial şəbəkə hesabında bildirib ki, ai rusiyaya qarşı “tək tərəfli müharibə” aparır və avropa vətəndaşları buna hazır olmalıdır.


“ai ölkələrinin vətəndaşları başa düşməlidir ki, rəhbərlikləriniz rusiya ilə tək tərəfli şəkildə müharibəyə girib. buna görə heç nəyə təəccüblənməyin. sakit yuxu sona çatdı. amma bunun səbəbini kimdən soruşacağınızı bilirsiniz,” – deyə o qeyd edib.


digər tərəfdən, rumıniya müdafiə nazirliyi rusiyanın ukraynaya hücumları zamanı bir pilotsuz uçuş aparatının ölkənin hava məkanına daxil olaraq yaşayış binasına düşdüyünü və nəticədə 2 nəfərin yaralandığını açıqlayıb.


rumıniya prezidenti nikusor dan isə rusiyanın konstanta baş konsulunun “arzuolunmaz şəxs” elan edildiyini və şəhərdəki rusiya konsulluğunun bağlanacağını bildirib.

Baxış sayı: 4 286

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə