abş-nin ədliyyə naziri, baş prokuroru səlahiyyətlərinin icraçısı todd blanş kuba inqilabının liderlərindən biri olan ordu generalı raul kastronun ölkəyə (abş-yə) gətirilərək məhkəməyə çıxarılması üçün əllərindən gələni etməyə hazır olduqlarını bəyan edib.


“arhd.media”nın xəbərinə görə, bu barədə "fox news" telekanalı məlumat verib.


"bizə lazımdır ki, kastro burada olsun və məhkəmədə cavab versin. biz onun bura gətirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə o bildirib.


todd blanş venesuelanın sabiq prezidenti nikolas maduronun abş silahlı qüvvələri tərəfindən ələ keçirilməsini xatırladaraq, bunu "ekstremal nümunə" adlandırıb.


"biz bunu adətən ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə edirik", - deyə o qeyd edib.


abş ədliyyə nazirliyi daha əvvəl raul kastroya qarşı ittiham irəli sürüb və o, dörd nəfərin qətlində, iki təyyarənin məhv edilməsində, abş vətəndaşlarını öldürmək məqsədilə əlbir iş görməkdə günahlandırıb. ittihamlar 1996-cı ildə baş verən insidentlə bağlıdır ki, o zaman kuba hərbi hava qüvvələri mayamidə yerləşən "qardaşlar köməyə gəlir" mühacirət təşkilatına məxsus iki təyyarəni vurmuşdular. kastro ilə yanaşı, iş üzrə təqsirləndirilən şəxs qismində daha beş nəfər barəsində cinayət işi açılıb. blanşın sözlərinə görə, abş ədliyyə nazirliyi 94 yaşlı kastronun məhkəməyə könüllü və yaxud başqa formada çıxarılacağına inanır.

Baxış sayı: 3 918

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə