abş-nin mərkəzi qüvvələr komandanlığı (centcom) iranın küveytə ballistik raket atması ilə bağlı xəbər yayıb.


“arhd.media” xarici mediaya istinadən xəbər verir ki, məlumat komandanlığa məxsus “x” sosial şəbəkəsində paylaşılıb.


bildirilib ki, mayın 27-də yerli vaxtla saat 22:17-də iran tərəfindən küveyt istiqamətinə raket göndərilib. lakin küveyt hava hücumundan müdafiə qüvvələri onu havada ikən vurublar. bununla yanaşı, iranın digər istiqamətdən də atəşkəsi pozduğu və 5 dronla hücuma keçdiyi qeyd edilib. həmin uçuş aparatları abş-nin ərazidəki qüvvələri tərəfindən məhv olunub.


qeyd edək ki, bu gün səhər saatlarında iranın dövlət televiziyası ölkənin cənubundakı bender abbas istiqamətində 3 dəfə partlayış səsinin eşidildiyi barədə məlumat yayıb. bundan sonra abş iranın cənubundakı hərbi bazaya zərbə endirildiyini təsdiqləyib. bildirilib ki, həmin baza abş qüvvələrinə və ticari nəqliyyat vasitələrinə təhlükə yaradırmış. iranın buna cavab olaraq küveyti hədəf aldığı iddia edilir.

Baxış sayı: 3 724

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə