iran parlamentinin sədri məhəmməd baqer qalibaf və xarici işlər naziri seyid abbas əraqçi dohaya səfər ediblər.


“arhd.media” xəbər verir ki, bu barədə “reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb. 


məlumata görə, səfərin məqsədi abş ilə mümkün razılaşma barədə qətərin hökumət başçısı və xarici işlər naziri şeyx məhəmməd bin əbdülrəhman bin casim al tani ilə məsləhətləşmələr aparmaqdır. 


tərəflər arasında keçiriləcək görüş zamanı abş-iran münaqişəsinin dayandırılması yollarının müzakirə ediləcəyi bildirilir.


məsləhətləşmələrdə əsas diqqət hörmüz boğazı ətrafındakı vəziyyətə və iranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarına yönəldiləcək.


iran nümayəndə heyətinin tərkibinə həmçinin iranın mərkəzi bankının rəhbəri daxildir. onun yekun razılaşma çərçivəsində dondurulmuş iran aktivlərinin mümkün aradan qaldırılmasının müzakirəsində iştirak edəcəyi gözlənilir.

Baxış sayı: 3 739

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə