ermənistanın baş naziri nikol paşinyan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində irəvanın avan rayonuna səfər edib.


“arhd.media” “armenpress”ə istinadən xəbər verir ki, paşinyanın rəhbərliyi ilə avan rayonunda yürüş edən hakim “vətəndaş müqaviləsi” nümayəndələri sakinlərlə görüşüb, seçki bukletləri paylayıb və xalqı seçkilərdə fəal iştirak etməyə çağırıblar.


baş nazir öz çıxışında ölkədə yeganə qərarverici qüvvənin xalq olduğunu bildirib:


“bu, mənim və komandamın siyasi fəaliyyətinin əsas prinsipidir. xalq mənim getməli olduğumu qərara aldığı an heç bir müzakirə aparmadan postumu tərk edəcəyəm. əgər seçicilərin yarısından çoxu (50+1%) “nikol, qal” desə, qalacağam. yox, əgər “get” desələr, nikol kimdir ki, getməsin? nikol sadəcə bir xidmətçidir. görmüsünüzmü, xidmətçi “yox, getmirəm” deyə bilərmi?”.


xatırladaq ki, ermənistanda mayın 8-də start götürən seçkiqabağı təşviqat kampaniyası iyunun 5-nə qədər davam edəcək. parlament seçkilərində iştirak etmək üçün 19 siyasi qüvvə (2 ittifaq və 17 partiya) qeydiyyatdan keçib.

Baxış sayı: 3 215

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə