uqandada təhlükəli ebola qızdırmasına daha üç yeni yoluxma halı aşkarlanıb və bununla da ölkədə ümumi yoluxma sayı beşə çatıb.


“arhd.media” xəbər verir ki, bu barədə uqandanın səhiyyə nazirliyinin sosial şəbəkə hesablarında yayılan rəsmi məlumatda bildirilir.


nazirliyin bəyanatında qeyd olunub ki, aparılan laborator analizlər nəticəsində virusa daha 3 yoluxma faktı təsdiqlənib. onlardan ikisi ölkədə virusa ilk yoluxan şəxslə birbaşa təmasda olmuş şəxslərdir. digər yoluxma halı isə hazırda uqanda ərazisində olan konqo demokratik respublikasının vətəndaşında müəyyən edilib.


səhiyyə rəsmiləri virusun daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə təmasda olan digər şəxslərin müəyyənləşdirilməsi və nəzarətə götürülməsi istiqamətində təcili tədbirlərə başlayıblar.

Baxış sayı: 3 375

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə