“iranla bağlı yeni sülh təşəbbüsü abş prezidenti donald tramp və israil baş naziri netanyahu arasında gərginliyə səbəb olub”.
“arhd.media” xəbər verir ki, bu barədə “axios” öz mənbələrinə istinadən məlumat yayıb.
bildirilir ki, tərəflər arasında iran məsələsi ilə bağlı keçirilən son telefon danışığı gərgin keçib.
qeyd edilir ki, abş və israil iranla mümkün razılaşma və müharibənin gələcəyi barədə ciddi fikir ayrılığı yaşayır.
məlumata əsasən, abş və iran arasında vasitəçilik səyləri yenidən intensivləşib. qətər, pakistan, səudiyyə ərəbistanı, türkiyə və misir kimi regional ölkələrin iştirakı ilə yeni sülh memorandumu üzərində iş aparılır. məqsəd tehran və vaşinqton arasındakı əsas fikir ayrılıqlarını aradan qaldırmaqdır.
mənbələrin sözlərinə görə, donald tramp iranla diplomatik razılaşmanın hələ də mümkün olduğuna inanır. o bildirib ki, danışıqlar uğursuz olarsa, hərbi variant yenidən gündəmə gələ bilər.
“yeganə məsələ budur ki, bunu razılaşma ilə həll edəcəyik, yoxsa başqa yolla. görək nə olacaq”, – deyə tramp abş sahil mühafizəsi akademiyasında çıxışı zamanı bildirib.
israil baş naziri benyamin netanyahu isə iranla aparılan danışıqlara skeptik yanaşır. o hesab edir ki, tehran üzərində hərbi təzyiq davam etdirilməli və iranın strateji infrastrukturu daha da zəiflədilməlidir.
abş və israil mənbələri “axios”a bildirib ki, çərşənbə axşamı keçirilən telefon danışığı olduqca çətin atmosferdə keçib. tramp netanyahuya bildirib ki, vasitəçilər abş və iran arasında “niyyət sazişi” hazırlanması üzərində işləyirlər. bu sənəd mümkün atəşkəs və iranın nüvə proqramı ilə bağlı 30 günlük danışıqların başlanmasını nəzərdə tutur.
danışıqlardan xəbərdar olan bir abş rəsmisi vəziyyəti belə təsvir edib: “zəngdən sonra netanyahunun “başından tüstü çıxırdı”.
qeyd edək ki, iran xarici işlər nazirliyi yenilənmiş təklifin nəzərdən keçirildiyini təsdiqləsə də, tehran tərəfdən ciddi güzəşt siqnalları verilməyib.
iran rəsmiləri bildiriblər ki, danışıqlar “iranın 14 maddəlik planı” əsasında davam etdirilir. tehran abş-dən iranın dondurulmuş vəsaitlərinin mərhələli şəkildə azad edilməsi, iran gəmilərinə qarşı sanksiya və məhdudiyyətlərin aradan qaldırılması, israilin livandakı hərbi əməliyyatlarının dayandırılmasını tələb edir.
ərəb diplomatların sözlərinə görə, qətər son günlər tehrana nümayəndə heyəti göndərərək, yeni layihə üzərində müzakirələr aparıb. pakistanın daxili işlər naziri də bir həftə ərzində ikinci dəfə irana səfər edib.
yeni təşəbbüs çərçivəsində iranın nüvə proqramı ilə bağlı daha konkret öhdəliklər götürməsi, abş tərəfinin isə iqtisadi güzəştlərlə bağlı daha aydın yol xəritəsi təqdim etməsi gözlənilir.
donald tramp isə bildirib ki, əgər danışıqlarda irəliləyiş əldə olunmasa, hərbi qarşıdurma “çox qısa müddətdə” yenidən başlaya bilər. bununla yanaşı, o əlavə edib ki, insan itkilərinin qarşısını almaq üçün diplomatiyaya bir neçə gün daha şans verməyə hazırdır.
israil mediası isə benyamin netanyahunun yaxın həftələrdə vaşinqtona səfər etməyi və trampla üzbəüz görüş keçirməyi planlaşdırdığını yazır.























