ukraynada qadınların ölkəni tərk etməsinə tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılıb. 


“arhd.media” ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri yuliya sviridenko bildirib. 


o, hökumətin yeni qərarına əsasən bildirib ki, dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət müəssisələrində və məhkəmələrdə tutduqları vəzifələrdən asılı olmayaraq, bütün qadınlar üçün istisnasız olaraq sərhədi keçmə məhdudiyyəti ləğv edilib. 


qeyd edək ki, rusiya-ukrayna müharibəsinin başlamasından sonra ukraynada vətəndaşların müəyyən kateqoriyaları üçün sərhədi keçmə məhdudiyyətləri tətbiq edilib. hərbi çağırış yaşında olan kişilərə tətbiq edilən ümumi çıxış qadağası qadınlara şamil edilməsə də, ayrı-ayrı normalar dövlət sektorunda çalışan qadınların ölkədən çıxışını məhdudlaşdırırdı.

Baxış sayı: 3 164

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə