“iki günə hər şeyi məhv edə bilərik”.


“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald tramp “fox news”a müsahibəsində deyib.


tramp ölkəsinin hərbi gücünə diqqət çəkərək, lazım gələrsə, iranın infrastrukturuna qısa müddətdə ciddi zərər verə biləcəklərini bildirib.


o, iranın danışıqlarda qeyri-sabit davrandığını iddia edib: “iranı qiymətləndirmirəm, amma istəsək, iki günə hər şeyi məhv edə bilərik”.

ətraflı


prezident vaşinqtonun həm hərbi, həm də diplomatik variantları masada saxladığını, lakin dialoqa üstünlük verdiyini vurğulayıb: “ya güc yolu ilə, ya da razılaşma ilə həll olacaq”.


abş mediası isə trampın çinə səfərindən sonra irana qarşı yeni hərbi addımların gündəmə gələ biləcəyini iddia edib.


“axios”un xəbərinə görə, adı açıqlanmayan israil rəsmisi mümkün əməliyyatların bu həftəsonu başlaya biləcəyini və israil ordusunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.


eyni zamanda tramp iranın nüvə proqramı ilə bağlı da danışaraq, “20 il müddətinə dondurulması məqbul olar, amma bu, ciddi öhdəlik tələb edir” ifadəsini işlədib. o, iranın raket imkanlarının böyük hissəsinin artıq sıradan çıxarıldığını da iddia edib.


irandan isə sərt reaksiya gəlib. ali liderin hərbi müşaviri möhsün rzayi trampın çinə səfərini şərh edərək, abş prezidentinin regiondakı siyasətinin uğursuzluq kölgəsində qaldığını bildirib və vaşinqtonun qlobal təsirinin zəiflədiyini iddia edib.

Baxış sayı: 3 164

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə