“işid-in qlobal miqyasda ikinci lideri məhv edilib”.
“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald tramp “truth” hesabında yazıb.
o bildirib ki, onun göstərişi ilə amerika qüvvələri və nigeriya silahlı qüvvələri birgə əməliyyat keçirərək, işid-in yüksəkvəzifəli üzvlərindən biri olan əbu bilal əl-minukini zərərsizləşdirib.
tramp qeyd edib ki, əməliyyat uzun müddət planlaşdırılıb və “uğurla həyata keçirilib”.
belə ki, işid-in qlobal strukturunda ikinci şəxs hesab edilən əl-minuki afrikada gizləndiyini düşünsə də, abş kəşfiyyatı onun fəaliyyətini izləyib.
abş prezidenti qeyd edib ki, əməliyyat nəticəsində əl-minuki artıq afrikada terror fəaliyyətləri həyata keçirə və ya amerikalıları hədəf alan hücumların planlaşdırılmasında iştirak edə bilməyəcək.
tramp həmçinin bu addımın işid-in beynəlxalq əməliyyat imkanlarına ciddi zərbə vurduğunu vurğulayıb və əməliyyatda əməkdaşlığa görə nigeriya hökumətinə təşəkkür edib.























