abş prezidenti donald tramp çin lideri si cinpinlə keçirdiyi görüşdən sonra iran və hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
“arhd.media”nın xəbərinə görə, tramp jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər strateji əhəmiyyət daşıyan hörmüz boğazının açıq saxlanılması məsələsində razılığa gəliblər.
o qeyd edib ki, si cinpin ona çinin irana hərbi yardım göstərməyəcəyini deyib və boğazda gərginliyin azaldılması üçün əməkdaşlıq təklif edib.
“çin lideri si mənə irana hərbi yardım etməyəcəklərini və hörmüz boğazının açıq qalmasına kömək etməyə hazır olduqlarını bildirdi”, – deyə tramp qeyd edib.
iran mediasının yaydığı məlumata görə, tehran müəyyən razılaşmalardan sonra bəzi çin gəmilərinin boğazdan keçməsinə yenidən icazə verib. iran inqilab keşikçiləri son günlərdə iranın icazəsi ilə onlarla gəminin bölgədən keçdiyini açıqlayıb.
abş prezidenti iranın nüvə proqramı ilə bağlı da sərt mesajlar verib. tramp bildirib ki, iran zənginləşdirilmiş uranı gizlətməyə və ya yeraltında saxlamağa çalışa bilər, lakin vaşinqton bunun qarşısını almaqda qərarlıdır.
“iranın uranı basdırıla bilər, amma mən onu götürməyə üstünlük verərdim”, - deyə tramp vurğulayıb.
o, həmçinin iranın uran ehtiyatları ilə bağlı addımlarını “ictimaiyyətlə əlaqələr hiyləsi” adlandırıb və tehrana qarşı səbirli davranmayacağını bildirib.























