Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin İranın heç bir halda nüvə silahı əldə etməməsinə dair ortaq məxrəcə gəliblər.


“ARHD.MEDiA” CNN-ə istinadən bildirir ki, bu barədə Ağ Ev açıqlama yayıb.


Rəsmi sənəddə qeyd olunur ki, hər iki ölkə İranın gələcəkdə heç vaxt nüvə silahına sahib olmaması barədə razılaşıb.


Eyni zamanda, Ağ Ev bəyan edib ki, liderlər azad enerji nəqlinin təmin edilməsi məqsədilə Hörmüz boğazının açıq saxlanmasının vacibliyini təsdiqləyiblər.


Danışıqların yekunlarına dair Ağ Evin yaydığı məlumatda Donald Trampın Pekində Si Cinpinlə səmərəli görüş keçirdiyi və ölkələr arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi barədə qərara gəlindiyi vurğulanıb.


Si Cinpin amerikalı həmkarı ilə söhbəti zamanı qeyd edib ki, Hörmüz boğazındakı mövcud vəziyyətdən asılılığı minimuma endirmək məqsədilə Çin ABŞ-dən alınan neftin həcmini çoxaltmaqda maraqlıdır.


Açıqlamada həmçinin qeyd edilib:


"Sədr Si Cinpin eyni zamanda rəsmi Pekinin Hörmüz boğazının hərbiləşdirilməsinə və oradan keçid üçün hər hansı ödəniş tətbiqi cəhdlərinə qəti etiraz etdiyini vurğulayıb. O, gələcəkdə ölkəsinin bu boğazdan asılılığını azaltmaq istiqamətində daha çox ABŞ neftini idxal etməyə meylli olduğunu da diqqətə çatdırıb".

Baxış sayı: 3 278

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə