Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “MV Hondius” kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib.


“ARHD.MEDiA”nın xəbərinə görə, o, Madriddə keçirilən mətbuat konfransında bildirib ki, yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alınması mümkündür.


Qebreyesus İspaniyaya çətin vəziyyətdə olan gəmini qəbul etdiyinə görə təşəkkür edib və bunu “şəfqət və həmrəylik nümunəsi” adlandırıb.


ÜST rəhbəri hazırkı vəziyyətin genişmiqyaslı epidemiyaya işarə etmədiyini desə də, virusun uzun inkubasiya dövrünün narahatlıq yaratdığını vurğulayıb: “İnkubasiya müddətinin uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxması mümkündür”.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə