“Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə Moskvadan kənarda yalnız münaqişəyə son nöqtə qoymaq üçün görüşməyə hazırdır”.


“ARHD.MEDiA” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu şərti brifinqdə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.


Onun sözlərinə görə, bu görüşdən əvvəl hələ böyük ev tapşırığı görülməlidir. 


“Prezident Kremldəki mətbuat konfransında çıxışı zamanı da bildirdi ki, danışıqlar üçün istənilən an Moskvada, həmçinin istənilən başqa nöqtədə Zelenski ilə görüşməyə hazırdır. Lakin istənilən başqa nöqtədə görüş yalnız prosesi tam şəkildə yekunlaşdıracağı təqdirdə məna kəsb edir”, - Peskov deyib.

Baxış sayı: 3 421

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə