Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcəyini açıqlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu haqda Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.


“Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək”, - o qeyd edib.


Paşinyan əlavə edib ki, aprelin 1-də Moskvada keçirdiyi görüşdə qərarını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. O, Qazaxıstan lideri Kasım-Jomart Tokayevə də məlumat verib.

Baxış sayı: 1 219

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə