Taylandda yarasalar arasında koronavirusun yeni bir növü müəyyən edilib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Cəmiyyətdə Rəqəmsal Texnologiyalar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət Departamenti ilə birgə aparılan araşdırmalar nəticəsində yeni ştamın mövcudluğu təsdiqlənib.


“Hazırda insanlara yoluxma halları qeydə alınmayıb. Tədqiqatlar göstərir ki, virusun bu ştammı COVID-19-dan daha az patogen və yoluxucudur. Bundan əlavə, COVID-19 peyvəndləri xəstəliyin şiddətini azaltmaqda təsirli olaraq qalır. Epidemiya təhlükəsi azdır”, - deyə nazirlikdən qeyd edilib.

Baxış sayı: 2 980

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə