Çinin iki keçmiş müdafiə naziri - Vey Fenhe və Li Şanfu icrası 2 il ertələnməklə edam cəzasına məhkum ediliblər.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə yerli “Sinxua” agentliyi məhkəmə qərarlarına istinadən məlumat yayıb.

Ətraflı


Məhkəmə qərarına əsasən, Vey Fenhe rüşvət almaqda, Li Şanfu isə rüşvət almaqda və rüşvət verməkdə təqsirli bilinib.


Hər iki keçmiş nazir ömürlük olaraq siyasi hüquqlardan məhrum edilib, həmçinin onların əmlaklarının müsadirə edilməsi haqqında qərar qəbul olunub. 


Mövcud qanunvericiliyə əsasən, iki ildən sonra edam cəzası avtomatik olaraq vaxtından əvvəl azad edilmə və ya cəzanın yüngülləşdirilməsi imkanı olmadan ömürlük həbs cəzası ilə əvəz ediləcək.

Baxış sayı: 3 826

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə