iran prezidenti məsud pezeşkian ölkənin ali lideri müctəba xamenei ilə görüşüb.
“arhd.media” xəbər verir ki, bu barədə iran prezidentinin mətbuat xidməti bəyanat yayıb.
“pezeşkian görüşün səmimi şəraitdə keçdiyini, müzakirələrin təxminən iki yarım saat davam etdiyini bildirib”, - məlumatda deyilir.
qeyd edək ki, bu, xamenei ilə pezeşkianın şəxsi görüşü barədə ilk rəsmi məlumatdır. martın 12-də iran xin-in rəsmi nümayəndəsi ismayıl bəqai ali liderin abş və israilin zərbələri nəticəsində yaralandığını təsdiqləmişdi. hərbi əməliyyatların başlanmasından indiyədək müctəba xamenei ictimaiyyət qarşısına çıxmayıb, onun bütün müraciətləri isə yazılı formada dərc edilib.























