"Rusiyalıların hərəkətləri atəşkəsi ləğv edir".


“ARHD.MEDiA”nın  xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko özünün "Telegram" kanalında paylaşım edib.


"Rusiyalılar atəşkəs rejimini pozublar və Ukraynaya bir sıra hücumlar həyata keçiriblər. Bu hərəkətlər Putin tərəfindən 9 may üçün elan edilən atəşkəsi ləğv edir", - deyə Sergey Sternenko paylaşımda bildirib.


Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi Prezident Vladimir Putinin göstərişi ilə 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu açıqlayıb. Atəşkəs Böyük Vətən müharibəsində Qələbə gününün qeyd olunması ilə əlaqədar elan edilib.


Nazirlik bu qərarla bağlı Kiyevin də eyni addımı atacağını gözlədiyini bildirmişdi.


Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra mayın 6-da saat 00:00-dan etibarən "sükut rejimi"nin tətbiq olunacağını bəyan edib.


"Müəyyən olunmuş vaxtdan etibarən biz "güzgü prinsipi" ilə hərəkət edəcəyik", - deyə Zelenski vurğulayıb.

Baxış sayı: 3 584

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə