“Azadlıq Layihəsi” müvəqqəti dayandırılacaq.


“ARHD.MEDiA” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.


O bildirib ki, ABŞ Hörmüz boğazından gəmilərin hərəkətini təmin edən əməliyyatı – “Azadlıq Layihəsi”ni müvəqqəti dayandıracaq.


Tramp bu qərarı İran nümayəndələri ilə Tam və Yekun Saziş istiqamətində böyük irəliləyiş əldə edilməsi və Pakistan daxil olmaqla, digər ölkələrin tələbləri ilə izah edib.


“Qarşılıqlı razılığa gəldik ki, blokada tam qüvvədə qalacağı halda, Saziş yekunlaşdırılıb imzalanana qədər “Azadlıq Layihəsi” qısa müddətə dayandırılsın”, - o vurğulayıb.

Baxış sayı: 3 180

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə