İran ordusu Hörmüz boğazından keçməyə cəhd edən ABŞ hərbi dəniz qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi açıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.


Bildirilir ki, ABŞ esmineslərinin ilkin xəbərdarlığı nəzərə almamasından sonra İranın hərbi dəniz qüvvələri qarşı tərəfin gəmiləri istiqamətində qanadlı raketlərlə xəbərdarlıq atəşi açıb və pilotsuz uçuş aparatları buraxıb.


Qeyd edək ki, daha əvvəl İran Silahlı Qüvvələrinin xəbərdarlığa məhəl qoymadan Hörmüz boğazından keçməyə cəhd edən ABŞ gəmisinə hücum etdiyi barədə xəbər yayılmışdı.

Baxış sayı: 2 870

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə