“abş prezidenti donald trampın elan etdiyi ai avtomobillərinə tariflərin artırılması bütün avropaya zərbədir”.
“arhd.media” xəbər verir ki, bu sözləri almaniya kansleri fridrix merts deyib.
o qeyd edib ki, abş-nin yeni idxal rüsumlarını konkret olaraq almaniyaya qarşı yönəlmiş tədbir kimi görmür.
“tramp bütün avropaya zərbə vurmaq istəyir”, - merts qeyd edib.
qeyd edək ki, tramp mayın 1-də abş bazarına idxal olunan avtomobillər və yük maşınlarına tətbiq edilən gömrük rüsumunu 25%-ə qaldıracağını bəyan etmişdi.






















