Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Müdafiə Qüvvələri Novorossiysk limanı akvatoriyasında Rusiyaya məxsus iki neft tankerini vurub.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında məlumat paylaşıb.


Onun sözlərinə görə, həmin gəmilər neft daşınmasında aktiv istifadə edilib.


"Döyüşçülərimiz Rusiyanın kölgə neft donanmasına qarşı sanksiyaların tətbiqini davam etdirirlər - Novorossiysk limanının giriş akvatoriyasında bu növ iki gəmi vurulub", - deyə prezident bildirib.


Zelenski əlavə edib ki, Ukraynanın uzaqmənzilli silah imkanları dənizdə, səmada və quruda hərtərəfli inkişaf etdiriləcək.

Baxış sayı: 3 003

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə