Ukrayna Prezidenti Volodimir Zelenski ilə Slovakiyanın Baş naziri Robert Fitso arasında telefon danışığı olub.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.


“Ölkələrimizin güclü əlaqələri olmalıdır və ikimiz də bunda maraqlıyıq. Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və Aİ-yə qoşulma təcrübəsini bölüşməyə hazır olduğunu eşitmək vacib idi”, - Zelenski yazıb.


O, Bratislavaya dəvətə görə Fitsoya təşəkkür edib və onu Kiyevə səfərə dəvət edib.


“Yaxın vaxtlarda şəxsi görüşün mümkünlüyünü də müzakirə etdik. Komandalarımız qrafik üzrə işləyəcək”, - deyə Ukrayna lideri vurğulayıb.

Baxış sayı: 3 102

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə