rusiya prezidenti vladimir putin amerikalı həmkarı donald trampı mayın 9-da moskvada qələbə paradına dəvət etməyib.
“arhd.media” tass-a istinadən xəbər verir ki, bu barədə məlumatı kremlin rəsmi sözçüsü dmitri peskov açıqlayıb.
jurnalistlərin məsələ ilə bağlı sualına peskov “xeyr” deyə cavab verib.
xatırladaq ki, aprelin 29-da v.putinlə d.tramp arasında telefon danışığı baş tutub. tərəflər rusiya-ukrayna müharibəsi, abş-israilin irana qarşı müharibəsi və digər məsələləri müzakirə ediblər.






















