“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Xəzər dənizinə də ciddi şəkildə mənfi təsir göstərib”. 


“ARHD.MEDiA” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. 


Rusiyalı nazir Xəzər dənizinin sülh və əməkdaşlıq zonası olaraq qalmalı olduğunu vurğulayıb. 


O, mart ayında Xəzəryanı dövlətlərin ticarət və logistika məqsədilə faydalandıqları Ənzəli dəniz limanının infrastrukturuna zərbələr endirilməsini yolverilməz və qəbuledilməz hesab etdiyini bildirib. 

Baxış sayı: 3 300

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə