Qlobal daşınmaz əmlak bazarında qiymətlər rekord həddə çatmağa davam edir.


“ARHD.MEDiA” xəbər verir ki, yeni hesabatlara görə, dünyanın ən bahalı şəhəri kimi Monako yenidən ön sıralarda yer alıb.


Burada daşınmaz əmlak o qədər bahalaşıb ki, böyük məbləğlərə belə yalnız çox kiçik sahələr almaq mümkündür.


Məlumata əsasən, təxminən 1 milyon dollar (təxminən 1,7 milyon manat) qarşılığında Monakoda əldə edilə bilən yaşayış sahəsi cəmi 16 kvadratmetrdir. Bu ölçü hətta standart bir hotel otağından da kiçik hesab olunur.


Bildirilir ki, knyazlıqda daşınmaz əmlakın orta kvadratmetr qiyməti təxminən 62 min dollar (təxminən 105 min manat) səviyyəsinə yüksəlib. Bu isə Monakoda ev sahibi olmağın artıq yalnız yüksək sərvət sahibləri üçün mümkün olduğunu göstərir.

Baxış sayı: 3 164

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə