tehran vaşinqtona münaqişənin həlli ilə bağlı yeni təklif təqdim edib.
“arhd.media” xəbər verir ki, bununla bağlı xarici kiv məlumat yayıb.
bildirilib ki, təklifdə abş blokadasının qaldırılması, hörmüz boğazının açılması və iranın nüvə proqramı ilə bağlı müzakirələrin irəliləməsi nəzərdə tutulur.
qeyd olunub ki, yeni təklif danışıqlardakı mövcud çıxılmaz vəziyyəti və iran rəhbərliyinin tramp administrasiyası ilə razılaşma əldə etmək üçün hansı həcmdə nüvə güzəştlərinə getməyə hazır olması ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib.
sözügedən təklif ilk növbədə hörmüz boğazı ətrafındakı böhranın və abş blokadasının həllinə yönəlib.






















