iran ordusu abş-nin tətbiq etdiyi dəniz blokadasına qarşı sərt bəyanat yayaraq, hörmüz boğazı ətrafında hərbi qarşıdurma anonsu verib.
“arhd.media” “fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə “xatəmül-ənbiya” mərkəzi qərargahı rəsmi məlumat yayıb.
bəyanatda bildirilir ki, abş-ın irana qarşı dəniz blokadası davam edəcəyi təqdirdə, iran ordusu buna güclü və adekvat reaksiya verəcək.
qərargah iranın hörmüz boğazı üzərindəki nəzarətini qorumaqda qətiyyətli olduğunu vurğulayıb. rəsmi tehran ölkəyə qarşı istənilən yeni hücum və ya blokada cəhdinə hərbi yolla cavab verməyə tam hazır olduqlarını bəyan edib.
xatırladaq ki, son günlər abş və iran arasında diplomatik və hərbi gərginlik pik həddə çatıb. vaşinqtonun iran limanlarına tətbiq etdiyi dəniz blokadası bölgədə neft nəqlini və qlobal ticarəti təhlükə altına qoyub.






















