“Qəzəblənin və bu qəzəblə ölün”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın “Onlar tam xaos içindədirlər” açıqlamasına cavab olaraq sosial media hesabında yazıb.


O bildirib ki, ABŞ tərəfinin qəzəbi İran daxilində mövcud olan birlikdən qaynaqlanır.


“Düşmənin qəzəbi bizim birliyimizlə bağlıdır. Qəzəblənin və bu qəzəblə ölün”, - spiker qeyd edib.


İran parlament rəhbəri əlavə edib ki, Vaşinqtonun tənqidləri və bəzi rəsmilərin açıqlamaları ölkə rəhbərliyi ətrafında formalaşan həmrəyliyin və ABŞ-nin planlarının iflasa uğramasının nəticəsidir.

Baxış sayı: 2 886

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə