Fransa lideri Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasəti tərk edə bilər.


“ARHD.MEDiA” xəbər verir ki, bunu dövlət başçısı Kiprin paytaxtı Nikosiyada məktəblilərlə görüşü zamanı bəyan edib.  


“Mən bundan əvvəl siyasətlə məşğul olmamışdım, bundan sonra da məşğul olmayacağam”, - Makron bildirib. 


Yerli mətbuat hesab edir ki, bu bəyanat birmənalı olaraq onun prezidentlik müddəti başa çatdıqdan sonra siyasi fəaliyyətini davam etdirməmək niyyətinə işarə edir.


Şagirdlərdən birinin onun nə vaxt prezident olmaq qərarına gəldiyi ilə bağlı sualı isə Makron belə cavablandırıb: “Məni hər zaman ölkəmin həyatı maraqlandırır, lakin bunun üçün mütləq prezident olmaq lazım deyil”.


Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci ilin aprelinə planlaşdırılıb. Makronun səlahiyyət müddəti isə 2027-ci il mayın 13-də başa çatacaq.

Baxış sayı: 2 685

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə