Avropa İttifaqı (Aİ) müxalifətə və müstəqil mətbuata qarşı davranışına görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır. 


“ARHD.MEDiA” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.


Onun sözlərinə görə, birliyə daxil olan ölkələrdən yalnız biri bu qərarı bloklayır.


“Ümumi əhval belədir ki, əgər biz sanksiyalarda israr edirdiksə, 26 ölkə bizi dəstəklədi və yalnız biri əleyhinə çıxdı. Nəticə etibarilə, biz gürcü xalqı ilə daha çox işləməliyik ki, insanlar xoşməramlı olduğumuzu görsün. Lakin eyni zamanda Gürcüstan hökumətinə də seçdiyi istiqamətin Avropa dəyərlərinə uyğun gəlmədiyinə dair aydın siqnallar vermək lazımdır”, - Kallas Aİ-nin xarici işlər nazirlərinin iclasınının yekunlarına dair mətbuat konfransında söyləyib. 


O, bəzi ölkələrdə yeni hökumətlər formalaşdıqdan sonra sanksiyalar məsələsinə yenidən qayıdacaqlarını əlavə edib.

Baxış sayı: 3 528

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə