İran Prezidenti Məsud Pezeşkian ABŞ rəsmilərinin son açıqlamalarına sərt reaksiya verib.


“ARHD.AZ” xəbər verir ki, dövlət başçısı bu barədə sosial media hesabında paylaşım edib.


O, Vaşinqtonun Tehrana qarşı mövqeyini tənqid edərək bildirib ki, ABŞ-nin yanaşması konstruktiv deyil və ziddiyyətli bəyanatlarla müşayiət olunur.


Prezident vurğulayıb ki, İran cəmiyyətində ABŞ-yə qarşı etimadsızlıq tarixi səbəblərə əsaslanır və son açıqlamalar bu münasibəti daha da gücləndirir.


“Öhdəliklərə riayət etmək rasional dialoqun əsasını təşkil edir. Onlar İranın təslim olmasını istəyirlər. İran xalqı zülmə boyun əyməyəcək”, - Pezeşkian qeyd edib.

Baxış sayı: 2 888

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə