Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedovo hava limanında təxminən 40 İsrail vətəndaşı saxlanılıb.


“ARHD.AZ” xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları sərnişinləri pasport nəzarəti zamanı saxlayaraq saatlarla dindirib.


Saxlanılanlar arasında uşaqların da olduğu bildirilir. İddialara əsasən, yoxlama zamanı onların mobil telefonları araşdırılıb və İran-İsrail münaqişəsi ilə bağlı suallar verilib.


Hadisədən sonra Təl-Əviv administrasiyası vətəndaşlarını Rusiyaya səfər edərkən daha ehtiyatlı olmağa çağırıb.

Baxış sayı: 2 937

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə