abş silahlı qüvvələrinin mərkəzi komandanlığı (centcom) iran bayrağı altında üzən “touska” yük gəmisinin ələ keçirilməsinin görüntülərini yayıb. 


“arhd.media” xəbər verir ki, görüntülər centcom-un “x” sosial şəbəkəsindəki hesabında paylaşılıb. 


“abş dəniz piyadaları “touska” gəmisinin göyərtəsinə enmək və onu ələ keçirmək üçün “uss tripoli” desant gəmisini helikopterlə tərk edərək ərəbistan dənizi üzərindən uçurlar”, - paylaşımda qeyd olunub.


məlumatda abş hərbçilərinin 6 saat ərzində iran gəmisinə dəfələrlə xəbərdarlıq etdiyi, bu xəbərdarlıqlara məhəl qoyulmadıqda gəminin mühərrik bölməsinə zərbə endirdiyi, daha sonra isə gəmiyə endiyi bildirilir. 


xatırladaq ki, ötən gecə abş prezidenti donald tramp blokadanı pozmağa çalışan iran gəmisinin vurulduğunu və ələ keçirildiyini açıqlamışdı. 

Baxış sayı: 3 183

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə