"abş-nin blokadası nəticəsində iranın dəniz yolu ilə ticarəti tamamilə dayanıb".
arhd.media "interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə abş silahlı qüvvələrinin mərkəzi komandanlığı (centcom) məlumat yayıb.
komandanlıq bildirib ki, iran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatının bloklanması davam edir. hərbçilər vurğulayıblar ki, hesablamalara əsasən, iran iqtisadiyyatının 90 faizi beynəlxalq dəniz ticarəti ilə təmin olunur.
centcom-un məlumatına görə, blokada başlayandan bəri artıq 23 gəmi amerika qüvvələrinin geri dönmək və irana qayıtmaq barədə göstərişini yerinə yetirib.























