abş prezidenti donald tramp iranla müharibə zamanı “əsl üzlərini göstərən” müttəfiqlər kimi xarakterizə etdiyi avropa ölkələrini tənqid edib.
“arhd.media” xəbər verir ki, o bu haqda “truth social” sosial media platformasında yazıb.
“onlar israili sevsələr də, sevməsələr də, abş-nin böyük müttəfiqi olduqlarını sübut etdilər. onlar cəsur, qətiyyətli, sadiq və ağıllıdırlar. münaqişə və stress zamanı əsl üzlərini göstərən digərlərindən fərqli olaraq, israil çox çalışır və qalib gəlməyi bilir” , - tramp qeyd edib.





















