İran hərbi əməliyyatlar tamamilə bitənə və regionda davamlı sülh bərqərar olanadək Hörmüz boğazından gəmilərin keçidinə nəzarət edəcək.


ARHD.AZ-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında belə deyilir.


"Fars körfəzi bölgəsindəki ABŞ hərbi bazaları üçün avadanlıqların böyük bir hissəsinin Hörmüz boğazından keçirildiyini nəzərə alsaq, bu, İran və Fars körfəzi bölgəsi üçün milli təhlükəsizliyə təhdid yaradır. İran müharibə tamamilə bitənə və regionda davamlı sülh bərqərar olanadək Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət etməkdə qərarlıdır", - agentlik sənəddən sitat gətirib.

Baxış sayı: 3 166

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə