İran hava məkanını mülki aviasiya üçün qismən açıb.


“ARHD.AZ” xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin hava dispetçer xidmətlərindəki mənbə məlumat verib.


Bildirilir ki, hələlik yalnız ölkənin şərq hissəsində uçuşlara icazə verilib. 


“İranın hava məkanının şərq hissəsində iş adi rejimdə bərpa olunub, qərb hissəsi bağlı olaraq qalır”, - agentliyin həmsöhbəti hakimiyyət orqanlarının müvafiq qərarına istinadən bildirib. 


Bununla belə, uçuşlar üçün bir neçə şərt qüvvədədir. Bunlara təyyarənin İranın hava məkanına daxil olmasından beş dəqiqə əvvəl identifikasiya edilməsi zərurəti, həmçinin ölkənin hava məkanından çıxmazdan beş dəqiqə əvvəl qonşu ölkənin dispetçerləri ilə əlaqə qurması tələbi daxildir. 


Məlumata görə, bu qayda aprelin 25-i səhər saatlarınadək qüvvədə olacaq.    


Xatırladaq ki, İranın hava məkanı fevralın 28-də ABŞ və İsrailin bu ölkəyə zərbələr endirməsindən sonra bağlanıb.

Baxış sayı: 2 777

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə