İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uranının ABŞ-yə daşınacağı ilə bağlı iddialarını təkzib edib.


“ARHD.AZ”ın məlumatına görə, Bəqayi televiziya proqramında çıxışı zamanı bildirib ki, bu məsələ nə gündəmdədir, nə də danışıqların bir hissəsidir.


Onun sözlərinə görə, İran üçün zənginləşdirilmiş uran strateji əhəmiyyət daşıyır və ölkədən çıxarılması mümkün deyil.


“İranın zənginləşdirilmiş uranı heç bir halda başqa yerə daşınmayacaq”, - deyə o vurğulayıb.


Sözçü əlavə edib ki, aparılan danışıqlarda uranın xaricə çıxarılması məsələsi, ümumiyyətlə, müzakirə olunmur və Tehran bunu heç vaxt seçim kimi nəzərdən keçirməyib.


Qeyd edək ki, Donald Tramp daha əvvəl İranın “hər şeydə razılığa gəldiyini” və zənginləşdirilmiş uranın çıxarılması məsələsində ABŞ ilə əməkdaşlıq edəcəyini iddia etmişdi. O bildirmişdi ki, razılaşma əldə olunacağı təqdirdə ABŞ tərəfi iranlılarla birlikdə uranı götürərək ölkədən çıxaracaq.

Baxış sayı: 2 725

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə