iran hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açıb.
“arhd.media” xəbər verir ki, bu barədə iranın xarici işlər naziri abbas əraqçi “x” sosial şəbəkəsində paylaşım edib.
“livanda əldə edilən atəşkəsə uyğun olaraq, atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmilərinin hörmüz boğazından keçidi, iran islam respublikasının limanlar və dənizçilik təşkilatı tərəfindən artıq elan edilən əlaqələndirilmiş marşrut üzrə tamamilə açıq elan edilir”, - paylaşımda deyilir.
xatırladaq ki, iran yaxın şərqdəki son gərginlik fonunda hörmüz boğazını gəmilərin keçidi üçün bağlamışdı.























