“hörmüz boğazının açılması beynəlxalq ictimaiyyətin yekdil tələbidir”.


“arhd.media” xəbər verir ki, bunu çinin xarici işlər naziri vanq yi iranın xarici işlər naziri abbas əraqçi ilə telefon danışığı zamanı deyib.


vanq yi qeyd edib ki, hörmüz boğazı üzrə iranın suverenliyi, təhlükəsizliyi və qanuni hüquqları hörmətlə qarşılanmalıdır. bununla yanaşı, o, bölgədə dəniz naviqasiyasının azad və təhlükəsiz şəkildə təmin edilməsinin vacibliyini vurğulayıb.


çinli nazirin sözlərinə görə, boğazın normal keçidinin bərpası beynəlxalq ictimaiyyətin yekdil çağırışıdır.


vanq yi həmçinin mövcud vəziyyəti “müharibə və sülh arasında kritik mərhələ” kimi xarakterizə edib və diplomatik həll üçün imkan pəncərəsinin mövcud olduğunu bildirib.


məlumata əsasən, abbas əraqçi isə çin tərəfinə iranın danışıqlar yolu ilə “rasional və real həll yolları” axtarmağa hazır olduğunu deyib.

Baxış sayı: 2 894

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə