ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasına ehtiyac olmayacağına ümid edir. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə ABC telekanalının jurnalisti Conatan Karl özünün “X” hesabında yazıb. 


Onun sözlərinə görə, Tramp qarşıda “heyrətamiz iki günün” olacağını bəyan edib.


“Hər şey ola bilər, lakin düşünürəm ki, sövdələşmə əldə etmək daha yaxşı olardı, çünki bu halda onlar bərpa olmaq imkanı əldə edəcəklər. Onların hazırki rejimi həqiqətən fərqlidir”, - Karl dövlət başçısının sözlərindən sitat gətirib. 


ABŞ prezidenti danışıqların nəticəsindən asılı olmayaraq “radikalların məhv edildiyini” bəyan edib. O, atəşkəsin uzadılmasında da bir məna görmədiyini bildirib.

Baxış sayı: 982

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə