İsrailin Azərbaycandakı Səfirliyi Yom HaShoah - Holokost və Qəhrəmanlıq Anım Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.


“ARHD.AZ” xəbər verir ki, paylaşımda deyilir:


“Bu gün biz Holokost zamanı qətlə yetirilmiş altı milyon yəhudinin xatirəsini ehtiramla yad edir, qurbanlara, sağ qalanlara və təsəvvürəgəlməz şərə qarşı müqavimət göstərən qəhrəmanlara ehtiram göstəririk.


Bu il Yom HaŞoah Gününü dünyada antisemitizmin yenidən artdığı, bir çox ölkələrdə yəhudi icmalarının nifrət və zorakı hücumların ciddi artımı ilə üzləşdiyi bir dövrdə qeyd edirik. Məhz belə bir zamanda xatırlamaq təkcə borc deyil, zərurətdir. 


Biz yalnız Holokostun dəhşətlərini deyil, həm də kor nifrətin, insanlıqdan çıxarmağın və susqunluğun hara aparıb çıxara biləcəyini xatırlayırıq. Bu hüznlü gündə biz yaddaşa, həqiqətə və belə nifrətin bir daha heç vaxt güclənməməsini təmin etmək üçün ortaq məsuliyyətimizə sadiqliyimizi bir daha təsdiq edirik”. 

Baxış sayı: 3 164

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə