iran və abş arasında birbaşa danışıqların yeni raundu aprelin 16-da islamabadda keçiriləcək.
“arhd.media” xəbər verir ki, bu barədə “the atlantic”in yazıçısı araş əzizi özünün “x” sosial media hesabında məlumat verib.
“tehrandakı mənbə mənə dedi ki, iran və abş arasında birbaşa danışıqların növbəti raundu cümə axşamı islamabadda baş tutacaq”, - o yazıb.
***
“associated press”in məlumatına görə, abş və iran arasında davam edən gərginlik fonunda tərəflərin danışıqların ikinci mərhələsinə keçə biləcəyi bildirilir.
iki abş rəsmisi və məsələ ilə tanış olan digər mənbə ap-yə bildirib ki, tərəflər atəşkəsin gələn həftə başa çatmasından əvvəl razılıq əldə etmək üçün yeni birbaşa danışıqlara hazırlaşır. məqsəd altı həftə davam edən münaqişəyə son qoymaqdır.
məlumata görə, vasitəçi ölkələrdən birinin diplomatı artıq tehran və vaşinqtonun bu mərhələyə prinsipial razılıq verdiyini bildirib.
rəsmilər danışıqların harada keçiriləcəyinin hələ müəyyənləşmədiyini qeyd ediblər. islamabad yenidən əsas namizədlərdən biri kimi nəzərdən keçirilir. bununla yanaşı, cenevrə variantı da gündəmdədir.
mənbələr görüşlərin hətta yaxın günlərdə - cümə axşamı baş tuta biləcəyini istisna etmirlər.
qeyd edək ki, abş prezidenti donald tramp jurnalistlərə açıqlamasında qarşı tərəfin əlaqə saxladığını və razılaşma əldə etmək istədiyini bildirib.






















