enerji şokunun təsirləri ilə mübarizə aparmaq məqsədilə avropa ittifaqı dövlətləri vergiləri azaltmağa hazırlaşır.
arhd.media xəbər verir ki, bu barədə "bloomberg" məlumat yayıb.
bildirilir ki, avropa komissiyası elektrik enerjisi xərclərinin və enerjidaşıyıcıları üzərindəki vergi yükünün azaldılması istiqamətində tövsiyələr hazırlayır. nəzərdə tutulan bu tədbirlər qaz və neft qiymətlərindəki artımın vətəndaşlar, eləcə də sahibkarlar üçün mənfi fəsadlarını yumşaltmalıdır.
müvafiq sənədin aprelin 22-də ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. bu sənəd hörmüz boğazı ətrafındakı gərginlik fonunda vəziyyətin sabitləşdirilməsi üzrə daha geniş bir planın tərkib hissəsi olacaq.
bununla yanaşı, avropada enerji qiymətlərinin artıq əhəmiyyətli dərəcədə yüksəldiyi diqqətə çatdırılır. yaxın şərqdə münaqişənin başlamasından etibarən "brent" markalı neftin qiyməti 40%-dən çox artıb, həmçinin qazın dəyərində də kəskin artım qeydə alınır.
xatırladaq ki, fevralın 28-də israilin müdafiə naziri israel kats israil müdafiə qüvvələrinin irana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. daha sonra abş prezidenti donald tramp ölkəsinin də irana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
iran isə öz növbəsində israilə onlarla ballistik raket atıb. israil müdafiə qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
martın 1-də iranın ali lideri əli xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
iran abş-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
həmçinin hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
aprelin 8-də donald tramp tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.























