"abş-nin hörmüz boğazını blokadaya almaq cəhdləri uğursuzluğa məhkumdur və tehran bu addımın atılmasına qətiyyən yol verməyəcək".


arhd.media -ın cnn-ə istinadən verdiyi məlumata görə, bunu iranın ali rəhbərinin yüksək rütbəli hərbi məsləhətçisi möhsün rzayi bəyan edib.


"iran tvitlərlə və xəyali blokada planları ilə qarşısı alına biləcək bir məkan deyil", - deyə o vurğulayıb.


rzayi əlavə edib ki, iran ordusu istənilən təhdidə qarşı əhəmiyyətli dərəcədə istifadə olunmamış potensiala malik olduğu üçün abş tərəfindən belə bir addıma imkan verməyəcək.


qeyd edək ki, bir müddət əvvəl prezident donald tramp vaşinqtonun iranın nüvə proqramı ilə bağlı tehranla razılığa gələ bilmədiyini və bu səbəbdən abş hərbçilərinin irana qarşı dəniz blokadasına başladığını bəyan etmişdi.


xatırladaq ki, aprelin 11-də islamabadda abş və iran nümayəndələri arasında danışıqlar baş tutub. nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və hörmüz boğazı üzrə ortaq məxrəcə gələ bilməyiblər.


pakistandakı görüşdə abş nümayəndə heyətinə ölkənin vitse-prezidenti ceyms devid vens rəhbərlik edib. qrupda ondan əlavə dövlət başçısının xüsusi elçisi stiven uitkoff və trampın kürəkəni cared kuşner də təmsil olunublar.


iran nümayəndə heyətinə isə ölkə parlamentinin spikeri məhəmməd baqir qalibaf və xarici işlər naziri abbas əraqçı başçılıq ediblər.

Baxış sayı: 2 506

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə