“ABŞ dərs çıxarmayıb və razılaşmanın imzalanmasına qısa müddət qalmış oyunun qaydalarını kəskin şəkildə dəyişib”.


“ARHD.AZ” xəbər verir ki, bu sözləri İranın xarici işləri naziri Abbas Əraqçi deyib.


Onun sözlərinə görə, Tehran Vaşinqtonla son 47 ildə ən yüksək səviyyədə aparılan intensiv danışıqlar zamanı vicdanla əməkdaşlıq edib və hərbi əməliyyatlara son qoymağa çalışıb.


“İslamabadda qarşılıqlı anlaşma memorandumunun imzalanmasından az əvvəl biz maksimalizm və oyunun qaydalarının dəyişdirilməsi ilə üzləşdik. Heç bir dərs çıxarılmayıb. Yaxşı niyyət yaxşı niyyət doğurur. Düşmənçilik isə düşmənçilik yaradır”, - Əraqçi bildirib.

Baxış sayı: 2 726

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə