“islamabad danışıqları uğursuz oldu, amma diplomatiya heç vaxt bitmir”.
“arhd.media” xəbər verir ki, bunu iran xarici işlər nazirliyinin sözçüsü ismayıl bəqai pakistanın islamabad şəhərində iran və abş arasında keçirilən danışıqlardan sonra deyib.
o bildirib ki, iran və abş bir sıra məsələlərdə anlaşma əldə ediblər amma 2-3 vacib məsələdə fikir ayrılıqları olub.
sözçü həmçinin qeyd edib ki, danışıqlar raundu 24 və ya 25 saat davam edib.
“bu danışıqlar 40 günlük məcburi müharibədən sonra, inamsızlıq və şübhə mühitində keçirildi. təbii ki, əvvəldən bir görüşdə razılığa gələcəyimizi gözləməməli idik. bunu heç kim gözləmirdi”, - deyə o bildirib.





















